Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar şəhərində 5 kilometrdən çox yol asfaltlaşdırılıb.

30 sentyabr 2026 | 16:09
Biləsuvar şəhərində yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin sifarişi ilə cari ilin Tədbirlər Planına uyğun olaraq, bu il şəhər ərazisindəki 14 küçə və dalanda ümumi uzunluğu 5264 metr təşkil edən yollara yeni asfalt-beton örtüyü döşənib.
Həyata keçirilən təmir-tikinti işləri çərçivəsində aşağıdakı küçələr və əlaqəli ərazilər yenidən qurulub:
• Müslüm Maqomayev küçəsi – 738 m
• Murad Məmmədov küçəsi – 701 m
• İlyas Əfəndiyev küçəsi və müvafiq dalan – 588 m
• Şəhid Seymur Abdullayev küçəsi – 504 m
• Şəhid Şahmurad Əlizadə küçəsi – 385 m
• Nazim Hikmət küçəsi – 367 m
• Mübariz İbrahimov küçəsinə birləşən dalan hissə – 332 m
• Hacı Zeynalabdin Tağıyev küçəsi – 327 m
• Şəhid İqbal Astanlı küçəsi – 325 m
• Heydər Əliyev küçəsinə birləşən dalan hissə – 286 m
• Şəhid Cəmil Behbudov küçəsi – 278 m
• Baba Xammədov küçəsi – 225 m
• Həzi Aslanov küçəsinə birləşən dalan hissə – 208 m
Qeyd edək ki, sakinlərin və avtomobillərin rahat gediş-gəlişini təmin etmək məqsədilə bu infrastruktur layihələrinin davamlılığı diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyətinin müvafiq planına əsasən, növbəti illərdə də təmirə ehtiyacı olan digər küçələrdə yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Keçidlər