Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar şəhər Mədəniyyət Mərkəzində "Casus" tamaşası nümayiş olunub.

13 may 2024 | 19:30
Bu gün Biləsuvar şəhər Mədəniyyət Mərkəzində Lənkəran Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilmiş "Casus" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın “Casus” pyesi əsasında hazırlanmış eyniadlı tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov, Qızıgül Quliyeva, Allahverən Babayev və digərləri ifa ediblər.
Tamaşada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tamaşa iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Keçidlər