Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun Xırmandalı kəndində əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni su xətti çəkilir.

21 aprel 2022 | 12:21

Rayonun ən böyük yaşayış məntəqələrindən olan Xırmandalı kəndində əhalini narahat edən problemlər daim diqqət mərkəzində olub və imkanlar yarandıqca bu problemlərin həllinə nail olunub.Hazırda kənddə ən aktual problemlərdən biri əhalinin içməli su problemidir.Zaman-zaman bu məsələnin həlli ilə bağlı kənddə bir çox layihələrin icrası təmin olunmuşdur.Lakin görülən işlərə baxmayaraq 10 min nəfərdən çox əhalisi olan kənddə içməli suya olan təlabat hələ də  qalır.
Bütün bunları nəzərə alaraq Biləsuvar rayon Su Kanal Sahəsi  daxili imkanlar hesabına yeni layihəyə start verib.Belə ki, kəndin bulaqlar vasitəsilə içməli su verilməyən müxtəlif küçələrində 120 ədəd bulaqların quraşdırılmasına və bu məqsədlə 12 km uzunluğunda su xətlərinin çəkilməsinə başlanılmışdır.Hazırda  8 km uzunluğunda su xətti çəkilmiş və işlər sürətlə davam etdirilir.
Kənd əhalisi içməli su problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər