Biləsuvar rayonunun iqtisadi inkişafına dair müzakirələr aparılıb.
17 noyabr 2023 | 17:00
Biləsuvar Rayon İcra Hakimiyyətinin və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı və aidiyyəti təşkilatların iştirakı ilə aparılan müzakirələrdə Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının yolları, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni sosialyönümlü layihələrin həyata keçirilməsi, iri istehsal və emal müəssisələri yaradılması və digər sahələrdə gələcəkdə görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparıldı.
Müzakirələrdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bu gün rayonda həlli vacib olan sahələrə toxunaraq bildirdi ki, bu sahələrin hər biri ətraflı araşdırılmış və icrası məqsədilə rayonun sosial iqtisadi inkişaf planı hazırlanmışdır. İnkişaf planı üzrə görüləcək işlər nəticəsində Biləsuvar rayonunun iqtisadi fəaliyyətinin genişləndirilməsi məsələsi öz həllini tapacaqdır.
Çıxış edən İqtisadiyyat Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Hikmət Nəbiyev bildirdi ki, nazirlik rayonun sosial inkişafı ilə bağlı həyata keçiriləcək məsələlərin icrasını diqqət mərkəzində saxlayacaq və mümkün bütün köməklikləri edəcəkdir.
İclasda ayrı-ayrı sahələr üzrə görüləcək işlər digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə müzakirə olunaraq, icrası istiqamətində tədbirlər müəyyənləşdirildi.