Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun Əsgərabad kəndində Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev adına park” salınıb.

28 fevral 2023 | 16:50

Bildiririk ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin  imzaladığı Sərəncama uyğun olaraq Biləsuvar rayonunda da bu istiqamətdə bir sıra  tədbirlər həyata keçirilir.

Bu gün görülən işlərin tərkib hissəsi olaraq Biləsuvar rayon İcra Hakimiyyətinin və Əsgərabad bələdiyyəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Biləsuvar rayonunun Əsgərabad kəndində “Heydər Əliyev adına park” salınmışdır.

Parkda əvvəlcə torpaq hissəsinin hamarlanması işləri aparılıb, ağacların mühafizəsi məqsədilə hasarlar çəkilib.

Tədbirdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun şəhər və kənd bələdiyyələri, Əsgərabad kəndindən olan şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyətin nümayəndələri parkda 200 ədəddən çox şam və xan çinarı ağacları əkərək suvarmışlar.

Keçidlər