Biləsuvar rayonunda Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində ağacəkmə aksiyası keçirilib.
23 mart 2024 | 11:50
Biləsuvar Rayon İcra Hakimiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərlə bağlı təsdiq etdiyi Tədbirlər Planı”na uyğun olaraq rayonda növbəti ağacəkmə aksiyası həyata keçirilib.
Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, aparatın kollektivi və Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının əməkdaşları iştirak edib.
Biləsuvar şəhər Mərkəzi Parkında keçirilən ağacəkmə kompaniyasında şam ağacları əkilərək suvarılıb.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, Tədbirlər Planına uyğun olaraq bu il rayonun idarə, müəssisə və təşkilatları, ərazi icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən Biləsuvar şəhərində və rayonun bütün kəndlərində müxtəlif növ dekorativ və meyvə ağacları əkilərək suvarılıb, ərazilərdə təmizlik və abadlıq işləri aparılıb.
Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində həyata keçiriləcək tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.