Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda voleybola dəstək və inkişaf etdirmək istiqamətində görüş keçirilib.

31 oktyabr 2023 | 14:16

Bu gün 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində voleybola dəstək və inkişafı istiqamətində Biləsuvar Rayon Gömrük postunun xanım  əməkdaşları ilə  liseyin VIII-IX sinif qız şagirdləri və idman müəllimlərinin görüşü baş tutub.

Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, Şirvan-Salyan Regional Gənclər və İdman idarəsinin rəisi Aydın Yusifov, Biləsuvar Rayon Gömrük postunun rəisi, Azərbaycan Voleybol Federasiyasının Aran-Şirvan Regional klubu üzrə kuratoru Şəhriyar Piriyev  iştirak edib.

Dəyirmi masa ətrafında keçən görüşdə rayonda yeniyetmə və gənc qızlar arasında voleybol idman növünün inkişafı istiqamətində müzakirələr aparılıb və gələcəkdə bu formatda digər təşkilatlarda da tədbirlərin keçirilməsi qərara alınıb.

Gömrük əməkdaşları və şagirdlər arasında  voleybol oyunu təşkil olunub, şagirdlərə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Keçidlər