Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr edilən "Üzeyir dühası" adlı konserti keçirilib.

07 may 2025 | 15:35
Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Biləsuvar Gənclər Evində baş tutan konsertdə Biləsuvar rayon İcra Başçısının müavini Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, müəssisə rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər, ictimayyət nümayəndələri və musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edənlər bəstəkar, dirijor, alim- nəzəriyyəçi, folklorşünas, dramaturq, publisist, Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı əvəzedilməz rolundan danışıb.
Məktəbin müəllim və şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin, onun yetirmələri olan musiqi sənətinin ən görkəmli simalarının və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.
Keçidlər