Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Silahlı Qüvvələr Günü ərəfəsində şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi.

25 iyun 2022 | 18:00
25 iyun 2022-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüs və təşkilatçılığı ilə şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, rayon ağsaqqalı Akif Kazımov çıxış edərək şəhidlik məqamının və şəhidlərimizin ən yüksək zirvədə olduğunu vurğuladılar. Qeyd olundu ki, şəhidlərimiz öz canlarından, yaşamaq hüquqlarından keçərək, vətənimizin bütövlüyü uğrunda vuruşdular. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimiz, qazi olmuş əsgər və zabitlərimizlə daim fəxr edəcəyik.
Tədbirdə şəhid valideynləri çıxış edərək göstərilən diqqət və qayğıya görə məmnunluq ifadə etdilər, maraqlı fikir mübadilələri aparıldı.
Keçidlər