Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 12-ci ili qeyd olundu

13 fevral 2024 | 13:58

13 fevral  2024-cw  il tarixdə Biləsuvar rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 12-ci ili qeyd olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şura üzvləri  iştirak etdi.
İştirakçılar əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoydular.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov  xidmətin  işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara  fəaliyyətlərində uğurlar arzuladı. Bildirdi ki, 2012-ci il fevralın 13-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmışdır. Fərman vətəndaşların hərbi xidmətə çağırışı sahəsində idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədini daşıyırdı. Keçən müddət ərzində xidmət və onun rayon şöbəsi tərəfindən xeyli iş görülmüş, əməkdaşlar üzərilərinə düşən mühüm və məsuliyətli vəzifələrin öhdəsindən layiqincə gəlmişlər.
Çıxış edənlər peşə bayramları münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərinə  öz təbriklərini bildirdilər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar  rayon şöbəsinin rəisi Nağı Cəfərov çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Keçidlər