Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda quşçuluğun mövcud vəziyyəti və inkişafı prespektivləri mövzusunda panel müzakirələr keçirilib.

24 noyabr 2025 | 17:02

24 noyabr 2025-ci il tarixdə  Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Rayon İcra Hakimiyyəti, Kənd Təzərrüfatı Nazirliyinin və Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə  rayonda quşçuluğun mövcud vəziyyəti və inkişafı prespektivləri mövzusunda panel müzakirələr keçirilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktor müavini Səhman Bayramov, Aqrar İnnovasiyalar Mərkəzinin şöbə müdiri Cavanşir Təlai, Zarat Yem Fabrikinin direktoru Nicat Yusifov, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin Şirvan-Salyan Regional Bölməsinin sektor müdiri Saleh Rzayev, KTN Aqrar Xidmətlər Agentliyinin aparıcı baytar həkimi Aftandil Əliyev, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin Cəlilabad filialının müdiri Rafət Əskərov, Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev, rayonda fəaliyyət göstərən quşçuluq müəssisələrinin rəhbərləri və  fermerlər iştirak edib.  

Panel müzakirələrindən öncə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd ediblər ki, ölkəmizdə quşçuluq sahəsinin inkişafı istiqamətində həyata keçirilən kompleks dövlət proqramları yüksək məhsuldarlığın və dayanıqlı istehsalın təmin olunmasına mühüm töhfələr verir. Biləsuvar rayonunda da bu sahədə atılan addımlar, quşçuluq təsərrüfatlarının yaradılması, quşçuluq məhsullarının çeşidinin və keyfiyyətinin artırılması məqsədilə elmi yanaşmaya və innovativ həllərə xüsusi önəm verilir.

Rayonda keçirilən  Hind quşu festivallarının da bu sahənin inkişafındakı rolu xüsusi olaraq vurğulanıb və qeyd olunub ki,  festival təkcə ənənəvi kənd təsərrüfatı bayramı deyil, həm də fermerlərə, istehsalçılara və gənc sahibkarlara yeni imkanlar təqdim edən platformadır. Hindquşu Festivalı yerli sahibkarların tanıdılması, kənd təsərrüfatı məhsullarının bazar dəyərinin artırılması və region iqtisadiyyatının canlandırılması baxımından çox dəyərli təşəbbüsdür. Bu kimi tədbirlər innovativ həllərin regionlarda genişlənməsinə xüsusi təkan verir.

Müzakirələrdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktor müavini Səhman Bayramov, Aqrar İnnovasiyalar Mərkəzinin şöbə müdiri Cavanşir Təlai, Zarat Yem Fabrikinin direktoru Nicat Yusifov, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin Şirvan-Salyan Regional Bölməsinin sektor müdiri Saleh Rzayev, KTN Aqrar Xidmətlər Agentliyinin aparıcı baytar həkimi Aftandil Əliyev, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin Cəlilabad filialının müdiri Rafət Əskərov bildiriblər ki, Biləsuvar rayonu tarixən ölkənin quşçuluq təsərrüfatının formalaşdığı bölgələrdən biridir və rayonda illər boyu formalaşmış təsərrüfat ənənələri, əlverişli təbii-iqlim şəraiti burada quşçuluğun inkişafı üçün mühüm baza yaradıb. Rayonda quşçuluq təsərrüfatlarının istehsal gücünün artırılması, xüsusilə ev təsərrüfatlarında və kiçik quşçuluq müəssisələrində bu sahəyə diqqətin artırılması nəticəsində həm quşların sayı, həmdə yumurta istehsalında da dinamik artım yaradıb.

Bildirilib ki, son illərdə fermerlərin maarifləndirilməsi, yüksək məhsuldar cinslərin çoxaldılması və yem təminatının yaxşılaşdırılması da bu sahənin inkişafına müsbət təsir göstərən amillərdir.  

İştirakçılar qeyd ediblər ki, qarşıdakı  dövrdə quşçuluq sektorunun modernləşdirilməsinə, özəl təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə və ixrac imkanlarının artırılmasına xüsusi diqqət yetiriləcəkdir. Bu məqsədlə dövlət dəstəyi mexanizmlərindən istifadənin genişləndirilməsi, sahədə koordinasiyanın gücləndirilməsi və müəssisələr arasında əməkdaşlığın artırılması nəzərdə tutulur.

Müzakirələr zamanı iştirakçıların sualları cavablandırılıb.

Keçidlər