Biləsuvar rayonunda növbəti əmək yarmarkası 18 iyul tarixində keçiriləcək.
17 iyul 2024 | 10:35
Əmək yarmarkası İyul ayının 18-də saat 10:00-13:00-dək Biləsuvar Rayon Məşğulluq Xidmətinin inzibati binasında keçiriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri də arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.