Biləsuvar rayonunda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan İftar mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Millət vəkilləri Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı insanlar və dindarlar iştirak ediblər.
İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs olunub və şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Mərasimdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, mərhəmət və ruzi ayıdır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi ölkəmizdə gözəl ənənəyə çevrilib. İcra başçısı ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin təməlinin məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirərək vurğulamışdır ki, bu gün də bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlıq ənənələri daha da möhkəmlənmiş və etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.
Tədbirdəki çıxışı zamanı İcra başçısı ölkəmizdə milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verib.
Mərasimdə bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və ədalət bərqərar oldu. Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz və qazilərimiz bu gün gənclərimiz üçün ən gözəl örnəkdir. Xalqımıza qələbə sevincini yaşadan şəhidlərimiz daim qürurla yad ediləcəkdir.
Mərasimdə iştirak edənlər Azərbaycanın bugünkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.