Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Mülki müdafiə sahəsində 2023-cü ilin yekunu, 2024-cü ildə qarşıda duran vəzifələrlə bağlı toplantı keçirilib.

29 noyabr 2023 | 14:18
29 noyabr 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin və Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvarda “Mülki müdafiə sahəsində 2023-cü ilin yekunu, 2024-cü ildə qarşıda duran vəzifələr” barədə keçirilən iclasda Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Cəfərli, FHN-nin Muğan Regional Mərkəzinin Mülkü Müdafiə idarəsinin rəisi, pokovnik Rafiq Zeynalov, Regional Mərkəzin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Cəfərli və Muğan Regional Mərkəzinin Mülkü Müdafiə idarəsinin rəisi, pokovnik Rafiq Zeynalov çıxış edərək rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət barədə ətraflı məlumat veriblər.
İclasda fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, təşkili, mülki müdafiə tədbirlərininin icra vəziyyətindən danışılaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyi önə çəkilib. Bildirib ki, insanların təhlükəsizliyi və təsərrüfat obyektlərinin dayanıqlı fəaliyyəti mülki müdafiənin necə təmin olunmasından aslıdır.
Bu məqsədlə böyük yanğınlar, texnogen və təbii fəlakətlər və digər fövqəladə hallarla səmərəli mübarizə aparmaq üçün qüvvə və vasitələrin daim hazır vəziyyətdə saxlanılması, təlim və məşğələlərin keçirilməsi, əhalinin maarifləndirilməsi zəruridir.
Tədbirdə müvafiq idarə, təşkilat və müəssisə rəhbərlərinin təklifləri dinlənilib və 2024-cü ildə görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib.
Müşavirənin sonunda mövzuyla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Keçidlər