Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda motivasiya mövzusunda seminar keçirilib

19 may 2022 | 17:37

Biləsuvar Rayon Prokurorluğunun təşəbbüsü və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, hüquq mühafizə orqanlarının rəhbərləri, orta məktəb müəllimləri, məktəb psixoloqları, uşaq birliyi təşkilatçıları və yuxarı sinif şagirdləri iştirak edib.

Seminar həkim-psixoterapevt Əli Nağıyevin aparıcılığı ilə maraqlı diskusiya şəraitində baş tutub, cəmiyyətin hər bir üzvünü düşündürən, intihar hadisəsinin qarşısının alınmasında mümkün addımlar müzakirə olunub.

Seminarda Biləsuvar Rayon Prokuroru Camal Bağırov fəallıq göstərən iştirakçılara hədiyyələri təqdim edib.

Keçidlər