Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olundu.

02 noyabr 2022 | 09:37
Noyabrın 1-də Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında davam edən tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibətilə kənd təsərrüfatı sahəsində çalışan və Dövlət Aqrar İnkişaf Mərkəzinin bütün əməkdaşlarını təbrik edərək işlərində yeni-yeni uğurlar arzuladı.
İcra başçısı bildirdi ki, ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Bu gün ölkəmizdə aqrar sahənin inkişafında, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində kənd təsərrüfatı işçilərinin əməyi danılmazdır.
09 oktyabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilmişdir.
Tədbirdə digər çıxış edənlər də kənd təsərrüfatı sahəsində çalışan bütün zəhmətkeş həmyerlilərimizə fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətdə fərqlənən bir qrup əməkdaşı peşə bayramı münasibətilə təltif olundular.
Keçidlər