Biləsuvar rayonunda iməciliklər keçirilərək, təmizlik və abadlıq işləri aparılır.
25 sentyabr 2025 | 11:25
27 Sentyabr-Anım günü ilə əlaqədar olaraq Biləsuvar şəhərində və rayonun bütün kəndlərində Şəhidlərimizin məzarlarının, abidələrinin, barelyeflərinin, şəkil lövhələrinin ətrafları abadlaşdırılır, ərazilərdə və parklarda təmizlik və abadlıq işləri aparılır.
İməciliklərdə yol kənarlarında, qəbristanlıqlarda yabanı otlardan təmizlənir, ərazilərdəki ağaclar əhənglənərək suvarılır, budama işləri aparılır.
Hazırda iməciliklər davam edir.






