Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda İcrbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirildi.

12 sentyabr 2022 | 16:53
12 sentyabr 2022-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional Cəlilabad Filialının direktoru İlqar Qurbanov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məmmədtağı Əhmədov, müxtəlif idarə, müəssisə, təşkilatların, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin rəhbərləri, kollektivləri, bələdiyyə sədrləri və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər uğurlu islahatlar həyata keçirildiyini və bu islahatların ən əhəniyyətlisi olan respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional Cəlilabad Filialının direktoru İlqar Qurbanov iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı vətəndaşlara dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub. Onun sözlərinə görə, icbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etməkdir.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məmmədtağı Əhmədov çıxış edərək toplantı iştirakçılarına icbari tibbi sığorta sistemi, icbari tibbi sığortanın məqsədi və əhaliyə verəcəyi faydalar, xidmətlər zərfi, icbari tibbi sığorta haqqı və s. haqqında məlumat verdi.
Daha sonra vətəndaşları maraqlandıran suallar cavablandırıldı.
Keçidlər