Biləsuvar rayonunda Dövlət Təhlükəsizliyi Xidməti orqanları işçilərinin peşə bayramı qeyd olundu.
28 mart 2024 | 11:04
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, DTX-nin Biləsuvar rayon şöbəsinin kollektivi və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Parkına gələrək Ulu öndərin abidəsini ziyarət etdilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının bütün əməkdaşlarını, o cümlədən rayon şöbəsinin kollektivini 28 mart-Peşə bayramları münasibətilə təbrik edərək, çətin və şərəfli işləridə yeni-yeni uğurlar arzuladı.
Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik Araz İsgəndərov onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.