Biləsuvar rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ehtiramla yad olunub.
12 dekabr 2025 | 17:40
Bu gün Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti Heydər Əliyev Parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır!






