Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirildi.

08 noyabr 2023 | 19:20
Bayram tədbirində Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilərimiz və rayon sakinləri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov çıxış edərək Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik etdi və onlara xoş arzularını çatdırdı.
Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Müasir Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.
Tədbirdə geniş konsert proqramı təqdim olundu.
 
 
 
 
Keçidlər