Biləsuvar rayonunda 8 Mart–Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
07 mart 2024 | 14:16
Tədbirdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik etdi və onlara xoş arzularını çatdırdı.
Qeyd olundu ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana adını uca tutaraq öz mərdliyi, qəhrəmanlığı, sədaqəti ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, bütün sahələrdə daim fədakarlıq nümayiş etdirmişdir.
Bu gün müstəqil Azərbaycan qadınlarının yeri və rolu dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.
Tədbirdə çıxış edən xanımlar onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkildi.