Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 5 oktyabr-Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi.

04 oktyabr 2025 | 12:00

Tədbir iştirakçıları Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək, əziz xatirəsini yad etdilər.

5 oktyabr-Müəllimlər Gününə həsr olunmuş tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov müəllimləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı. İcra başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən və bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin inkişafındakı rolundan danışaraq qeyd edib ki, “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə təhsil sahəsində uğurla həyata keçirdiyi islahatlar, təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət öz müsbət nəticələrini verir. Yeni təhsil müəssisələri tikilir, məktəblərimiz əsaslı təmir olunur və təhsil ocaqlarının maddi-texniki bazası yenilənərək informasiya kommunikasiya texnologiyaları ilə təminatı yaxşılaşdırılır.Rayonumuzda yeni istifadəyə verilən təhsil ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir.

Faiq Qürbətov bir daha müəllimləri təbrik edərək, onlara çətin və şərəfli peşələrində uğurlar arzuladı.

Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Inzibati Sektorunun müdiri Müşfiq Dadaşov müəllimləri təbrik edərək, dövlət başçısı cənab İlham Əliyevin müəllim əməyinə verdiyi yüksək qiymətdən, onlara göstərilən diqqət və qayğıdan, məktəblərdə yaradılan müasir şəraitdən danışdılar.

Tədbirdə çıxış edən müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənərək Təhsil Nazirliyinin Qabaqcıl Təhsil İşçisi döş nişanı və Fəxri Fərmanları ilə  mükafatlandırılan bir qrup əməkdaş təltif edildi.

 

Keçidlər