Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 3 kəndin elektrik şəbəkəsi yenidən qurulur.

09 avqust 2022 | 10:15

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Biləsuvar rayonunun da Təzəkənd, Amankənd və Dəvrişli kəndlərində elektrik şəbəkəsi yenidən qurulur.

Həyata keçirilən yenidənqurma işləri çərçivəsində 1300 nəfərdən artıq abonenti olan 3 kənddə  ümumilikdə 19 ədəd komplekt transformator məntəqəsinin quraşdırılması, 36 km-a yaxın 10 kV-luq, 65 km-a yaxın 0,4 kV –luq elektrik verilişi xətlərinin yenilənməsi və yeni sayğacların quraşdıılması planlaşdırılmışdır.

İşlərə başlanan gündən indiyədək kəndlərdə 10 ədəd komplekt transformator məntəqəsi tikilmiş, 196 ədəd 10 kV-luq, 1000 ədəddən çox 0,4 kV-luq elektrik xəttini daşıyacaq dirəklər basdırılmışdır.Hazırda Təzəkənd kəndində 2.3 kilometr 10 kV-luq elektrik verilişi xətti, 10 kilometr isə 0,4 kV-luq SİP kabel çəkilmişdir.Dəvrişli kəndində isə 1 kilometr 10 kV-luq elektrik verilişi xətti və 8 kilometr  uzunluğunda 0,4 kV-luq SİP kabel çəkilmişdir.Amankənddə isə 5 kilometr məsafədə 0,4 kV-luq SİP kabelləşmə aparılmış və yaxın günlərdə 10 kV-luq elektrik verilişi xətlərinin çəkilişlərinə başlanılacaqdır.

Artıq Dəvrişli kəndində yeni elektrik sayğaclarının quraşdırılmasına başlanılmışdır.

İşlər yekunlaşdıqdan sonra hər üç kənd keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqdır.

Keçidlər