Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 3 Dekabr- Beynəlxalq Əlillər Günü qeyd olunub.

03 dekabr 2025 | 17:57

Biləsuvar rayonunda 3 Dekabr- Beynəlxalq Əlillər Günü qeyd olunub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə İcra Hakimiyyətinin məsul nümayəndələri, aidiyyəti taşkilat rəhbərləri, şəhid ailələri, torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində sağlamlığını itirmiş oğullarımız və fiziki məhdudiyyətli insanlar iştirak etmişdir.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurbanov qeyd edib ki, 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə qeyd olunması Ulu Öndər Heydər Əliyevin əlillərə göstərilən yüksək qayğısının nəticəsidir. Beynəlxalq Əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi dəstək göstərməkdir. Ölkəmizdə dinamik iqtisadi inkişafla bərabər güclü sosial siyasətin aparılmasını təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl və məqsədyönlü addımlar atılır. Bu gün istər torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən igid olullarımızın, istərsə də ümumi əlilliyi olan şəxslərin, əlil uşaqların reabilitasiyası məqsədilə ən müasir tələblərə cavab verən tibbi mərkəzlər yaradılıb, onların təhsili və peşə hazırlığı, əmək hüququnun və məşğulluğunun təmin edilməsi və digər problemlərinin həlli ilə bağlı tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edənlər respublikamızda əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının və cəmiyyətə inteqrasiyasının təmin olunması istiqamətində aparılan dövlət siyasəti barədə bildirdilər.

Keçidlər