Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi.

26 iyun 2022 | 18:54
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon prokuroru Camal Bağırov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon prokuroru Camal Bağırov tədbirdə çıxış edərək bildirdiIlər ki, bu gün ölkəmizdə uğurlu ordu quruculuğu siyasəti aparılır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazandı. Qeyd olundu ki, bu gün Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimiz, qazi olmuş əsgər və zabitlərimizlə fəxr edir və daim fəxr edəcək.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən təltif olunmuş Vətən müharibəsi qazilərinin orden və medalları təqdim olundu.
Daha sonra mədəniyyət işçiləri maraqlı konsert proqramı ilə çıxış etdilər.
Keçidlər