Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olundu.

25 iyun 2026 | 14:52
23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və dövlət qulluğunda çalışan əməkdaşlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə gül dəstələri düzüblərlər.
Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. Bildirdi ki, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.Ölkədə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.
Sonda Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı aparatında və digər strukturlarda çalışan bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim olundu.
Keçidlər