Biləsuvar rayonunda 2 iyul-Polis işçilərinin peşə bayramı günü qeyd olundu.
02 iyul 2022-ci il tarixdə Biləsuvar rayonunda Polis şöbəsinin şəxsi heyətinin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Biləsuvar rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov,hüquq mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.Sonra rayonun Səmədabad kəndində yerləşən Polis bölməsinin əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasının açılışı oldu.
Bayram tədbirində çıxış edən Biləsuvar rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov polisin keçdiyi şərəfli yoldan danışaraq şəxsi heyəti bayram münasibətilə təbrik etdi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik edərək bildirdi ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edərək, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir.Azərbaycan Polisi uzun, tarixi və şərəfli bir yol keçmişdir.Bunu 44 günlük Vətən Müharibəsində qazanılan Zəfərdə bir daha sübut etdi. Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev cənabları polis işçilərinə diqqət və qayğı ilə yanaşır. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı,onların daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.
Tədbirdə çıxış edənlər Azərbaycan Polisinin qazandığı uğurlardan danışaraq, öz ürək sözlərini bildirdilər.
Sonda bir qrup polis əməkdaşına rayonda ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə fərqləndiklərinə görə fəxri fərmanlar təqdim olundu.