Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2 Fevral– Gənclər Günü qeyd olunub

31 yanvar 2025 | 16:45

         Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun, Gənclər evinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, Şirvan-Salyan Regional Təsil İdarəsinin Biləsuvar rayonu üzrə Təhsil sektorunun, GİKM-nin Biləsuvar nümayəndəliyinin birgə təşkilatçılığı ilə      Biləsuvar rayonunda 2 Fevral-Gənclər Günü ilə əlaqədar bayram tədbiri keçirilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qazilər və  rayonun aktiv gəncləri iştirak ediblər.

        Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə təzə tər-çiçəklər  düzərək, əziz xatirəsi ehtiramla yad ediblər.

         Biləsuvar Gənclər evində keçirilən tədbiri Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev   çıxış nitqi ilə açaraq qonaqları salamlayıb və gəncləri bayram münasibəti ilə təbrik edib. Natiq  dövlət gənclər siyasətinin mahiyyəti və nəticələri barədə ətraflı məlumat verib.

        Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov təbrik çıxışı edərək, gənclərə xoş arzularını çatdırıb. İcra Başçısı bildirdi ki, ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə uğurlu mərhələdədir. Prezident İlham Əliyev tərəfindən qəbul edilən dövlət proqramları gənclərin  dinamik inkişafı, ictimai-siyasi fəallığı istiqamətində mühüm addımlardır. Faiq Qürbətov bu yolda gəncləri daha da fəal olmağa, ölkəmizin inkişafına böyük töhfələr verməyə çağırış etdi.

Daha sonra Gənclər Evinin direktoru Vəkil Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin direktoru İsmayıl Ağacanlı və rayonun aktiv gəncləri çıxış edərək dövlət gənclər siyasətinin gənclərə töhfələrindən danışdılar.

Tədbirdə müxtəlif sahələr üzrə   fəallıq göstərmiş bir qrup gənc  Fəxri Fərmanlarla təltif olundu.

Tədbir  Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi  geniş konsert proqramı ilə davam edib.

Keçidlər