Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonu ilə Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli bələdiyyəsi arasında dostluq əlaqələrinin qurulması haqqında protokol imzalandı.

10 may 2022 | 11:36

Mayın 10-da Biləsuvar Rayon İcra Hakimiyyətində Türkiyə Respublikasının Dənizli şəhərinin Çameli bələdiyyəsi ilə Biləsuvar rayonu arasında dostluq əlaqələrinin qurulması məqsədilə “Qardaşlaşmış şəhərlər" haqqında protokolun imzalanması mərasimi keçirildi.
Protokolu Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Çameli bələdiyyəsi başqanı Cengiz Arslan imzaladı.
Mərasimdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qübətov bildirdi ki, eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə daha yeni mərhələyə keçirir.
İcra başçısı bildirib ki, cənab İlham Əliyev  çıxışlarında da qeyd edir ki,  çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir.Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər.
Faiq Qürbətov qeyd edib ki, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından  istifadə edərək rayonlarımız da qarşılıqlı olaraq bütün sahələrdə dostluq və tərəfdaşlıq münasibətlərindən bəhrələnməlidir. Bu gün Biləsuvar rayonu ilə  Çameli ilçəsi arasında imzalanan bu protokol bundan sonra da  əməkdaşlığımızın  yüksək səviyyədə inkişafına və  hərtərəfli əlaqələrin güclənməsinə töhfələr verəcəkdir.
Mərasimdə çıxış edən Çameli ilçə kaymakamı  Kerem Yenigün göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək əlaqələrimizin bundan sonra bütün istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün çalışacağını qeyd etdi.
Sonra Azərbaycan Respublikasının Biləsuvar rayonu ilə Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli bələdiyyəsi arasında “Qardaşlaşma Əlaqələrinin Qurulması Haqqında” Protokol imzalanıb.
Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri, iqtisadi əlaqələrin inkişaf etdirilməsi,  investisiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda qardaşlıq əlaqələrinin qurulması münasibətilə ağac əkilərək, xatirə şəkli çəkildi.

Keçidlər