Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Oktyabr- Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib.
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Oktyabr- Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ahıllar Gününün ölkəmizdə 1993-cü ildən qeyd olunduğunu nəzərə çatdıraraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzaladığını vurğulayıb. Bu gün də yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.
İcra başçısı Beynəlxalq Ahıllar Günü münasibətilə ahıl insanları təbrik edərək, onlara can sağlığı və uzun ömür arzuladı.
Tədbirdə çıxış edən ağsaqqallardan Akif Kazımov, Rüstəm Əliyev, Firəngiz Həbibova və digərləri yaşlı nəsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar ölkə başçısının düşünülmüş, məqsədyönlü siyasətini hər zaman dəstəklədiklərini bildiriblər.






