Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirilib.

06 may 2026 | 18:39
06 may 2026-cı il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Şura iclasında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətovun, şura üzvlərinin, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, İnzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə 3 məsələ müzakirə olunub.
Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra birinci məsələ olan "Əhalinin sağlamlığının qorunmasında, o cümlədən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanununa uyğun olaraq Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs tərəfindən görülən işlərin təşkili barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşovanın, ikinci məsələ olan “2025-ci il ərzində Biləsuvar rayonu ərazisində qeydə alınmış özünü öldürmə və özünü öldürməyə cəhd faktları üzrə istintaq edilən cinayət işlərinin və araşdırılan materialların 2024-cü illə müqayisəli şəkildə ümumiləşdirilməsinin nəticələrinə dair” Biləsuvar Rayon Prokurorluğunun 31 mart 2026-cı il tarixli təqdimatının müzakirəsi barədə” Rayon Prokurorunun köməkçisi Aytac Əkbərovanın və üçüncü məsələ olan Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən rayon ərazisində şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı görülmüş tədbirlər barədə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti sektorunun müdiri Rövçən Bədəlovun hazırladıqları arayışılar dinlənilib. İclasın gündəliyinə daxil edilmiş məsələlər şura üzvləri tərəfindən geniş müzakirə olunduqdan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələlər ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə, İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Müzakirə olunan məsələnin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edilib.
Keçidlər