Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın 27 iyul 2023-cü il tarixində növbəti iclası keçirilib.

27 iyul 2023 | 19:55

27 iyul 2023-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında 2 məsələ müzakirə edilib.

  1. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 28 dekabr 2022-ci il tarixdə keçirilmiş iclasının tövsiyələrinə əsasən Rayon İcra Hakimiyyəti başçısının bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində aparılan sənədləşmə işlərinin və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin birlikdə 2023-cü il üçün təsdiq etdikləri ərazilərin inkişaf planlarında ilin birinci yarımilliyi üçün nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinin vəziyyəti barədə,
  2. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatına 2023-cü ilin 6 ayı ərzində daxil olan vətəndaş müraciətlərinə baxılması sahəsində görülmüş işlər barədə.

İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, müzakirə olunan sahələr üzrə aidiyyəti təşkilatların rəhbərləri və məsul şəxsləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.  

Şuranın sədri Faiq Qürbətov müzakirə olunacaq məsələlər barədə məlumat verdikdən sonra birinci məsələ barədə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə  və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanlar Məmmədovun və ikinci məsələ barədə RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elşən Astanovun hazırladıqları arayışlar dinlənildi.

İclasda aidiyyatı təşkilatların gördüyü işlər dinlənildikdən sonra Şura üzvləri hər iki məsələ barədə müzakirələr apararaq, bu sahələrdə yaranan problemlərin aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirdilər.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Yekunda müzakirə olunan məsələlərlə bağlı Şura iclasının qərarları qəbul edilib.

Keçidlər