Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun kəndlərdə keçirdiyi səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası davam etdirilir.

02 sentyabr 2025 | 12:04

Rayonun Əsgərabad kəndində keçirilən səyyar qəbul zamanı vətəndaşlar tərəfindən Şəhid Ramiz Əmirov küçəsini suvarma suyu ilə təmin edən boruda yaranmış nasazlığın aradan qaldırılması ilə bağlı səsləndirilən məsələ Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən, Bağbanlar kəndində keçirilən səyyar qəbulda vətəndaşlar tərəfindən  məişət tullantılarının yığılaraq daşınması ilə əlaqədar qaldırılan məsələ kənd İcra nümayəndəliyi və kənd bələdiyyə tərəfindən, Yuxarı Cürəli kəndində keçirilən qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan  Şəhid Polad Həşimov küçəsinin qum-çınqıl qarışığı ilə üzlənməsi məsələsi kənd bələdiyyə tərəfindən, Cənubi Muğan kanalının Təzəkənd kəndi istiqamətinə keçən qolununun lildən təmizlənməsi məsələsi Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən, Ovçubərə kəndində keçirilən səyyar qəbul zamanı vətəndaşlar tərəfindən Mübariz İbrahimov küçəsinin giriş hissəsinə əlavə boru atılaraq genişləndirilməsi və  kənd qəbristanlığına gedən yolun 60 metrlik yarasız hala düşmüş hissəsinə torpaq tökülərək hamarlanması məsələləri  Ovçubərə kənd icra nümayəndəliyi və bələdiyyəsi tərəfindən icra olunmuşdur.

Keçidlər