Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov rayon sakinlərinin müraciətlərini dinlədi.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 27 may tarixində keçirdiyi növbəti qəbul zamanı Rayon İcra Hakimiyyətinə müraciət edən 10 nəfər vətəndaşın müraciətini dinlədi.
Qəbul zamanı müraciətlər əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun təmin edilməsi, yaşayış evi ilə əlaqədar,torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.
Vətəndaşların müraciətlərini dinləyən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün icraata götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə diqqətlə yanaşıldığı üçün məmnunluqlarını ifadə ediblər.