Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ramazan bayramı münasibətilə rayon əhalisini təbrik edib.

30 mart 2025 | 07:34

Əziz biləsuvarlılar !

Sizi, mübarək Ramazan bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayır, tutduğunuz orucunuzun Tanrı dərgahında qəbul olunmasını diləyirəm.

Müqəddəs Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edən mübarək aylardandır. Xalqımız Ramazan ayını, hər il olduğu kimi, bu il də böyük fərəh hissləri və könül xoşluğu ilə yola salır. İnsanların qəlbini nurlandıran bu bayram günlərində mömin vətəndaşlarımız din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirir.

Bu mübarək bayram günlərində ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar səslənir, müstəqilliyimiz uğrunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunur. Onlara Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə can sağlığı arzu edirəm.

Hər birinizi bir daha bayram münasibətilə səmimi qəlbdən təbrik edir, müqəddəs bayram günlərində etdiyiniz dua və diləklərin, saf niyyətlərin Tanrı dərgahında qəbul olunmasını arzulayıram.

Ramazan bayramınız mübarək olsun!

 

Keçidlər