Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov oktyabr ayının 17-də Aranlı kəndində səyyar qəbul keçirdi.
17 oktyabr tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faq Qürbətov Aranlı kəndində inzibati ərazi dairəsi üzrə Aranlı və Çinarlı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirdi.
İştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan igidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Sonra rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda həyata keçirilən əhəmiyyətli tədbirlər və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verdi.
İcra Başçısı bildirdi ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər mütəmadi olaraq davam etdirilir.Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur.Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov hər iki kəndin sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırdı.Səyyar qəbul zamanı səsləndirilən bir çox məsələlər yerində həll edildi, icrası zaman tələb edən məsələlər isə icra üçün nəzarətə götürüldü.
Səyyar qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrin və xidmət sahələrinin rəhbərləri də iştirak edib.