Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov noyabr ayının 7-də Ovçubərə kəndində səyyar qəbul keçirdi.

07 noyabr 2023 | 12:57

Səyyar qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrinin, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri  iştirak edib.

Qəbul iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sonra Faiq Qürbətov  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda  görülən  işlər barədə Ovçubərə kənd  sakinlərinə ətraflı  məlumat verib.

Ovçubərə kəndi İcra nümayəndəsi çıxış edərək ötən qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin icra vəziyyəti barədə icra başçısına məruzə etdi.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırdı.Səsləndirilən bir çox məsələlər yerində həll edildi, icrası zaman tələb edən məsələlər isə icra üçün nəzarətə götürüldü.  

Rayon İcra Hakimiyyəti başçısının Ovçubərə kəndində keçirdiyi  səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər