Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Novruz bayramı münasibətilə rayon əhalisini təbrik edib..
20 mart 2025 | 10:27
Əziz biləsuvarlılar,
Sizi, tarixi minilllərlə ölçülən və milli-adət ənənələrimizin, yeniliyin və təravətin simvolu olan Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə can sağlığı, səadət, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.
Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Bu bayram təbiətin oyanışı, həyatın yenilənməsi, dirçəlişin rəmzidir. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradır.
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi tarixi köklərə qayıdışın parlaq nümunəsi olmaqla yanaşı, xalqımızın həmrəyliyini və bütövlüyünü təcəssüm etdirmişdir.
Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən dövlət başçısı cənab İlham Əliyev öz fəaliyyətində adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə ehtiram və qayğı ilə yanaşır, milli birlik və həmrəyliyimizi əks etdirən Novruz bayramı hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur.
Xalqımız artıq beşinci ildir ki, Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilmiş doğma torpaqlarımızda Novruz bayramını qələbə əhval-ruhiyyəsi ilə qeyd edir, Novruz tonqalları yandırılır.
Xalqımızın qalibiyyət ovqatı ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza Allahdan rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.
Əziz biləsuvarlılar,
Birliyin, bərabərliyin, qardaşlığın, bolluğun bayramı olan Novruzunuz bərəkətli, sevincli günləriniz bol olsun.
Bir daha hər birinizə cansağlığı, səadət, firavanlıq, arzu edirəm.
Novruz Bayramınız Mübarək olsun!