Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov növbəti səyyar qəbulu Çinarlı-Aranlı kənd inzibati ərazi dairəsi üzrə hər iki kəndin sakinləri ilə keçirdi.

08 iyun 2022 | 14:54
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə iyun ayının 8-də Çinarlı kəndində Aranlı və Çinarlı kənd sakinləri ilə səyyar qəbul keçirdi.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Faiq Qürbətov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda görülən işlər barədə sakinlərə məlumat verib.
İcra Başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur.Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Daha sonra sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyəti başçısının Çinarlı kəndində keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan hər iki kəndin sakinləri, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının rayonun kəndlərində sakinlərlə keçirdiyi səyyar qəbul-görüşləri mütəmadi olaraq davam edir və bütün yaşayış məntəqələrində bu qəbullar keçiriləcəkdir.
Keçidlər