Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov növbəti qəbulunu keçirdi.

24 iyun 2022 | 15:57

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 24 iyun tarixində  keçirdiyi qəbul zamanı Rayon İcra Hakimiyyətinə müraciət edən 8 nəfər vətəndaşın müraciətini dinlədi.

Qəbul zamanı müraciətlər əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun  təmin edilməsi, yaşayış evi ilə əlaqədar,torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.

Vətəndaşların müraciətlərini  dinləyən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün icraata götürülüb.

Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə diqqətlə yanaşıldığı üçün məmnunluqlarını ifadə ediblər.

Keçidlər