Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov mart ayının 5-də Əliabad kəndində səyyar qəbul keçirdi.
05 mart 2024 | 17:00
Qəbul zamanı Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib, sonra isə sakinlərin təkliflərini, istəklərini dinləyərək, onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb.
Bəzi müraciətlərin icrası yerindəcə həll olunub. İcrası zaman tələb edən müraciətlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyəti başçısının Əliabad kəndində keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, səyyar qəbulda rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərləri də iştirak edib.