Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov mart ayının 14-də Təzəkənd kəndində səyyar qəbul keçirdi.

14 mart 2024 | 11:45

Səyyar qəbulda rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərləri  iştirak edib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  əvvəlcə  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda  görülən  işlər barədə kənd sakinlərinə ətraflı  məlumat verib.

İcra Başçısı bildirib ki,  regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılaraq və əhalinin sosial rifahına yönəlmiş tədbirlərin icrası davam etdirilir.Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur.Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır.

Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.

İcra başçısı sonra sakinlərin  təklifləri, istəkləri dinləyib, onları narahat edən problemləri  məsul şəxslərin iştirakı ilə araşdırdı. Qəbul zamanı bəzi müraciətlərin icrası yerindəcə həll olundu. İcrası zaman tələb edən müraciətlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kəndində keçirdiyi  səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər