Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iyun ayının 25-də İsmətli kəndində səyyar qəbul keçirdi.

25 iyun 2024 | 12:04

Səyyar qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib.
Səyyar qəbul zamanı Faiq Qürbətov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə İsmətli kənd sakinlərinə ətraflı məlumat verib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb.Səsləndirilən bir sıra məsələlər yerində həll edilib, icrası zaman tələb edən məsələlər isə icra üçün nəzarətə götürülüb.

Keçidlər