Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iyul ayının 24-də Ağayrı kəndində səyyar qəbul keçirdi.

24 iyul 2024 | 11:05

Səyyar qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, xidmət sahələrinin rəhbərləri  iştirak edib.

Səyyar qəbul zamanı Faiq Qürbətov  əvvəlcə  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda  görülən  işlər barədə kənd sakinlərinə ətraflı  məlumat verib.

İcra Başçısı bildirib ki,  regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər   bundan sonra da davam etdiriləcəkdir. Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur.Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.

Daha sonra Ağayrı kənd sakinlərinin  təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər  məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli zaman tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Rayon İcra Hakimiyyəti başçısının Ağayrı kəndində keçirdiyi  səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər