Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bu gün Qarabağ Müharibəsi şəhidi Asif Abdulovun adını daşıyan Yuxarı Ağalı kənd ümumi orta məktəbində olub.

18 yanvar 2023 | 17:32

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bu gün Qarabağ Müharibəsi şəhidi Asif Abdulovun adını daşıyan Yuxarı Ağalı kənd ümumi orta məktəbində olub.

Məktəbin mövcud vəziyyəti ilə tanış olan rayon rəhbəri müəllim və şagirdlərlə görüşüb.

İcra başçısı Yuxarı Ağalı kənd ümumi orta məktəbinin uyğunlaşdırılmış binada yerləşdiyini qeyd edərək, məktəb üçün yeni binanın tikintisinə ehtiyac olduğunu bildirib.

Məktəbin direktor əvəzi Sərvət Rəhimov məktəb haqqında məlumat verdikdən sonra, təhsilə göstərdiyi qayğıya görə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova minnətdarlığını bildirib.

Müəllim-şagird kollektivi ilə səmimi söhbət aparan icra başçısı rayonda təhsil işçilərinin, müəllimlərin üzərinə böyük yük və məsuliyyət düşdüyünü bildirib və bu yolda hər bir müəllimə uğur və yeni-yeni nailiyyətlər arzulayıb.

Keçidlər