Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Bağbanlar kənd sakinləri ilə səyyar qəbul keçirdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə may ayının 18-də Bağbanlar kəndində səyyar qəbul keçirdi.
Qəbulda RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Faiq Qürbətov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda görülən işlər barədə sakinlərə məlumat verib.
İcra Başçısı bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyəti başçısının Bağbanlar kəndində keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.