Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə görüşüb.

01 iyun 2026 | 15:36
Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən görüşdə İcra başçısı Faiq Qürbətov qonağı salamlayaraq, tanınmış alimin rayona səfərindən məmnunluğunu ifadə edib.
Görüş zamanı rayonda təhsilin inkişafı və gənclərin intellektual potensialının artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Rektor Kamal Abdulla səmimi qəbula görə minnətdarlığını bildirib və universitetin regional layihələri barədə məlumat verib.
Rektor Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb Lisey Kompleksi ilə Azərbaycan Dillər Universiteti arasındakı elmi-pedaqoji əlaqələrə toxunaraq bildirib ki, bu təhsil ocağı ilə həyata keçirilən birgə layihələr şagirdlərin gələcək uğurlarında mühüm rol oynayacaqdır.
ADU ilə Biləsuvar rayonunun təhsil müəssisələri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə məktəblilərin xarici dil biliklərinin təkmilləşdirilməsi üçün birgə proqramların təşkili, həmçinin gənclərin asudə vaxtının səmərəli təşkili və maarifləndirici tədbirlərin keçirilməsinin önəmi vurğulanıb.
Faiq Qürbətov rayonda təhsil islahatlarına və gənc nəslin inkişafına hər zaman xüsusi diqqət göstərildiyini qeyd edib.
Akademik Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağının bu istiqamətdə lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.
Keçidlər