Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov “Aqropark -Yaşıl Ada” aqroparkında olaraq iş şəraitinə baxış keçirib.

12 iyun 2024 | 11:20

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Biləsuvar rayonunda yaradılan “Aqropark -Yaşıl Ada” MMC-yə gələrək, buradakı mövcud vəziyyətlə tanış olub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov aqroparkda taxıl biçini prosesini izləmiş, taxıl biçini zamanı görülən yanğından mühafizə və təhlükəsizlik tədbirlərinə yerində baxış keçirtmişdir. Aqroparkın ərazisində quraşdırılan müasir suvarma sistemləri ilə də tanış olmuşdur.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov aqroparkın rəhbərliyi və orda çalışan işçilərlə səmimi söhbət edərək onlara gələcək işlərində uğurlar arzu etdi.

Keçidlər