Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Ağayrı kəndində növbəti səyyar qəbul keçirdi.
Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ağayrı kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi.
Faiq Qürbətov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Biləsuvar rayonunda görülən işlər barədə sakinlərə məlumat verərək bildirib ki,həyata keçirilən bütün bu tədbirlər yalnız əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirakı ilə keçirilən qəbul zamanı sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlərin vaxtında və operativ şəkildə həll olunmasına və göstərilən diqqət və qayğıya görə kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.